Quşlar rus dilində

Bu dərsdə quşlar rus dilində mövzusuna dair yeni sözlər öyrənəcəyik.


Rusca quş adları

Rus dilində quş adları

Bu dərsimizdə rus dilində quş adları mövzusunda yeni sözlər öyrənəcəyik. Keçən dərsimizdən biz artıq rus dilində dəniz heyvanlarının adlarını öyrəndik. Əlbəttə heyvanlar aləmi ilə bağlı rus dilində söz bazamızı genişləndirmək üçün biz rus dilində quş adlarını da bilməliyik.

İkinci dil kimi rus dili lüğətimi artırmaqda çətinlik çəkdiyim sahələrdən biri də heyvanlar aləminə aid olan sözlər idi. Bəlkə də şəhər sakinlərinin gündəlik qarşılaşmadıqları üçün flora və faunaya aid sözlər öyrənilməkdə kənara atılan və ya sonraya saxlanılan mövzular olur. Ona görəd də bu çatışmamazlığı düzəltmək üçün rus dilində heyvanlar aləminə aid sözləri qruplaşdıraraq bir neçə dərsə böldüm. Əgər sizə heyvanlar aləminə aid rus dilində sözləri öyrənmək maraqlıdırsa, o zaman, rus dilində ev heyvanlarının adları dərsini də nəzərdən keçirdə bilərsiniz. Eyni zamanda saytımızda rus dilində vəhşi heyvanlar mövzusunda da dərsimiz vardır. Buyurun baxın.

Quşlar baxdığınız hər yerdə var. Səhər şən cingiltiləri, yazda yuva qurma vərdişləri quşlar haqqında ən çox sevdiyimiz şeylərdən biridir. Məktəbəqədər uşağınıza rus dilində quş adlarını öyrətmək onlar üçün çox əyləncəli ola bilər. Uşaqlar ətraf aləmi öyrənməyi sevirlər. Çox güman ki, ətraflarında bir çox fərqli quş görürlər, və əlbəttə quşların adlarını rusca demək onlara zövqlü olacaqdır. Ətrafınızda yaşayan quşlarla başlayın. Uşaqlar hər hansı bir heyvanı görəndə çox həyəcanlanır, buna görə də növbəti dəfə pəncərənizdən kənarında və ya gündəlik gəzintinizdə bir quş gördüyünüzdə uşağınıza göstərin və həmin quşun adını rus dilində öyrədin. Rast gəldiyiniz quşların rus dilində adlarını öyrənin və ətrafınızda bu quşları gördüyünüz zaman quşların adını söyləyin. Bu sizin uşaqlarınız üçün rus dilini öyrətməkdə çox faydalı olacaqdır.

Rus dilində quşlar

Quş adları rus dilində

Rus dilində quşlarla əlaqəli atalar sözləri

"Не учи орла летать, а соловья петь." - Qartalı uçmağa, bülbülü oxumağa öyrətmə.

"Орел хоть и страшен, но остается птицей." - Qartal qorxulu olsa da, yenə də quşdur.

"Журавль летает высоко, да видит далеко." - Durna yüksəklədə uçur, uzaqları görür. (Azərbaycanca analoqu: "Çox gəzən çox bilər.")

"Ворон ворону глаз не выклюет." - Qarğa qarğanın gözünü çıxarmaz. (Azərbaycanca analoqu: "İt itin ayağını taptalamaz.")

Rusca quş adlarının yazılış və tələffüzü.

[ пт’`ица ] Quş
[ вараб’`эй’ ] Sərçə
[ жур`авл’ ] Durna
[ д’`ат’ил ] Ağacdələn
[ вар`она ] Qarğa
[ л’`эб’ит’ ] Qu quşu
[ ар’`ол ] Qartal
[ с`окал ] Şahin
[ й’астр’ип ] Qırğı
[ сава ] Bayquş
[ л`астач’ка ] Qaranquş
[ г`олуп’ ] Göyərçin
[ кук`ушка ] Ququ quşu
[ салав’`эй’ ] Bülbül
[ папуг`ай’ ] Tutuquşu
[ ж`аваранак ] Torağay
[ `аист ] Leylək
[ флам’`инга ] Flaminqo
[ сар`ока ] Sağsağan
[ п’`эр’ип’ил ] Bildirçin
[ ч’`ай’ка ] Qağayı
[ бакл`ан ] Qarabatdaq
[ ц`апл’а ] Vağ
[ п’ингв’`ин ] Pinqvin
[ `ивалга ] Sarıköynək
[ л’ит`уч’ай’а м`ыш ] Yarasa
[ п’ил’ик`ан ] Qutan
[ драфа ] Dovdaq
[ стр`аус ] Dəvəquşu
[ тур`ач’ ] Turac
[ павл’`ин ] Tovuzquşu
[ уд`от ] Şanapipik
[ с’ин’`ица ] Alacəhrə
[ з’имар`одак ] Balıqçıl
[ кал’`ибр’и ] Kolibri
[ курап`атка ] Kəklik
[ пт’`ица насар`ок ] Hind kalao
[ фаз`ан ] Qırqovul
[ ст’ирв’`атн’ик ] Leşyeyən

Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.