Rusca rənglər

Bu dərsimizdə rənglər rus dilində mövzusuna dair yeni sözlər öyrənəcəyik.



Rus dilində rənglər

Xarici dil öyrənərkən ilkin öyrənməli olan mövzulardan biri də rənglərin adlarıdır. Bu səbəbdən də biz bu dərsimizi rusca rənglər mövzusuna həsr etdik. Rusiya bəzən yalnız boz çalarlarda mövcud olan qarla örtülü bir ölkə kimi təsvir edilir, lakin bu, həqiqətdən uzaq olan məlimatdır. Ölkə Müqəddəs Vasiliy Katedralı ( "Храм Василия Блаженного" ) kimi ikonik xarici görünüşü olan dünyanın ən rəngarəng memarlığına malikdir bir incisi olan ölkədir. Rusiyaya səyahət etmək, ətrafınızdakı gözəllikləri görmək, amma sonra gördüklərinizi təsvir edə bilməmək ayıb olardı. Buna görə də rus dilində rənglər mövzusunu öyrənmək rus dilini öyrənməkdə vacib ilk addımdır.

Rus dilində rənglər cinsinə, təkdə və ya cəmdə olmasına və aid olduğu ismin halına görə sonlarını dəyişir. Bu ilk baxışda çətin görünsə də, mütəmadi olaraq danışıqda rusca rənglərin adlarını istifadə etdikcə müəyyən vaxtdan sonra sonluqlara öyrəşəcəksiniz. Lüğətlərdə rusca rənglər həmişə kişi cinsində qeyd edilir. Rus dilində rənglərin sonluqlarının cinsə və kəmiyyətə görə dəyişməsi aşağıdakı qaydada olur:
Təkdə:
Kişi cinsində: "-ый, -ий" məsələn: жёлтый - sarı
Qadın cinsində: "-ая, -яя" məsələn: жёлтая - sarı
Orta cinsdə: "-ое, -ее" məsələn: жёлтое - sarı.
Cəmdə isə bütün cinslər üçün - "-ые, -ие" sonluqlarından istifadə edilir. məsələn:
жёлтые - sarılar.

Eyni zamanda rənglər rus dilində öz sonluqlarını aid olduqların ismin hallanmasına görə də dəyişirlər. Rus dilini ana dili kimi öyrənmək istəyirsinizsə, bunları da bilməyiniz vacibdir:
Adlıq halda:
Kişi cinsində: "-ый, -ий" məsələn: жёлтый
Qadın cinsində: "-ая, -яя" məsələn: жёлтая
Orta cinsdə: "-ое, -ее" məsələn: жёлтое
Yiyəlik halda:
Kişi cinsində: "-его, -ого" məsələn: жёлтого
Qadın cinsində: "-ей, -ой" məsələn: жёлтая
Orta cinsdə: "-его, -ого" məsələn: жёлтого
Yönlük halda:
Kişi cinsində: "-ему, -ому" məsələn: жёлтому
Qadın cinsində: "-ей, -ой" məsələn: жёлтой
Orta cinsdə: "-ему, -ому" məsələn: жёлтому
Təsirlik halda:
Kişi cinsində: "-его (-ий), -ого (-ый)" məsələn: жёлтего
Qadın cinsində: "-ую, -юю" məsələn: жёлтую
Orta cinsdə: "-его (-ее), -ого (-ое)" məsələn: жёлтего
Yerlik halda:
Kişi cinsində: "-им, -ым" məsələn: жёлтым
Qadın cinsində: "-ей, -ой" məsələn: жёлтой
Orta cinsdə: "-им, -ым" məsələn: жёлтым
Çıxışlıq halda:
Kişi cinsində: "-ем, -ом" məsələn: жёлтом
Qadın cinsində: "-ей, -ой" məsələn: жёлтой
Orta cinsdə: "-ем, -ом" məsələn: жёлтом

Rənglərin rus dilində adları

Rənglər rus dilində

Rənglər rus dilində ismə və əvəzliklərə aid olduqları üçün sifətdirlər. Rus dilində sifətlər isim və əvəzliklə uyğun gəlməlidir beləki, onlar cinsinə, kəmiyyətinə və ismin hallarına görə dəyişirlər. Məsələn, əgər beş qırmızı karandaşdan danışırsınızsa, onda siz qırmızı rəngin cəm formasından istifadə etməlisiniz - "красные". Siz həmçinin ismin düzgün halını seçməli olacaqsınız.

Unutmayın ki, xaricilər üçün rus dilini öyrənmək o qədər də asan məsələ deyil. Lakin, Azərbaycanlılar üçün bu o qədər də önəm kəsb etmir, beləki uzun müddət Sovet hakiyyəti zamanı rus dili dövlət dili olmuşdur. Bugün də rus dili Azərbaycanda çox geniş istifadə edilir. Yaşlı nəsil arasında isə rus dilini bilməyən çətin tapılsın. Bu səbəbdən də bizim üçün rus dilini öyrənmək problem olmamalıdır. Bu bölmədə biz ən vacib mövzulardan biri olan rənglər rus dilində mövzusunu öyrəndik. Rusca rənglərin adlarının düzgün tələffüzü və yazılmasını aşağıdakı resursdan öyrənə bilərsiniz.

Rusca rənglərin adlarının yazılış və tələffüzü

[ цв’`эт ] Rəng
[ кр`асный’ ] Qırmızı
[ б’`элый’ ]
[ ж`элтый’ ] Sarı
[ с’`эрый’ ] Boz
[ с’`ин’ий’ ] Göy
[ ар`анжывый’ ] Narıncı
[ р`озавый’ ] Çəhrayı
[ ф’иал’`этавый’ ] Bənövşəyi
[ ч’`эрный’ ] Qara
[ кар’`ич’нивый’ ] Qəhvəyi
[ з’ил’`эный’ ] Yaşıl
[ б’`эжывый’ ] Bej
[ залат`ой’ ] Qızılı
[ с’ир’ибр’`истый’ ] Gümüşü

Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.