Rusca böcəklər

Keçən dərslərimizdə rus dilində ev və vəhşi heyvanlar, suda yaşayan heyvanlar və quşlar mövzusuna bir neçə mövzulari artıq öyrəndik. Əlbətdə heyvanlar haqqında rus dilində lüğətimizi tamamlamaq üçün biz həşəratlar rus dilində mövzusundakı sözləri də öyrənməliyik. Beləliklə, bu dərsimiz rusca böcəklər mövzusuna həsr olunur.


Rusca həşəratlar

Rusca həşəratlar

Rusca həşəratlar mövzusuna başlamazdan əvvəl saytımızda yerləşdirilmiş heyvanlar aləminə aid olan rus dilində dəniz heyvanlarının adlarını, rus dilində ev heyvanlarının adlarırus dilində vəhşi heyvanlar mövzusunda olan dərslərimiz mövcuddur. Əgər bu dərsləri izləməmisinizsə o zaman onları da öyrənmənizi məsləhət görürəm.

Evlərimizdə gözə görünməyən bir çox həşərat növləri yaşayır. Həşəratların çoxu yalnız gecə saatlarında evin ətrafında sakit olduqda çıxır. Əksər insanlar həşəratların çöldə bağlarda və həyətyanı sahədə yaşadıqlarını düşünürlər, lakin bu doğru deyil, çünki həşəratlar daim ətrafımızdadır, baxmayaraq ki, bəziləri məsələn bit, birə və digər kiçik həşəratlar gözə görünmür. Demək biz gündəlik qarşılaşdığımız hər bir şeyin rus dilində qarşılığını öyrəndiyimiz üçün rusca həşaratlar lüğətini də bilməliyik.

Rusca böcəklər

Həşəratlar rus dilində

Rus dilində həşəratlara aid atalar sözləri

Vəhşi təbiət və kənd təsərrüfatı ilə sıx bağlı olan rus xalqının həyatında həşəratlar haqqında bir çox atalar sözləri və məsəllər yaranmışdır.

"Пристает, как муха на сон грядущий." - Gələn yuxuya milçək yapışan kimi yapışır (Bu atalar sözü zəhlətökən insanlar üçün işlədilir. Yuxuya gedən bir insana milçəklər imkan vermədiyi anı bu məqamla uyğunlaşdırılmışdır.)

"Закон, что паутина: шмель проскочит, а муха увязнет." - Qanun tor kimidir: arı sürüşüb keçəcək, milçək isə ilişib qalacaq. (Varlıların, əlaqələri və tanışları olan insanların, məsuliyyətdən yayınması, sadə insanların isə qanunun bütün sərtliyi ilə qanun pozuntusuna görə məsuliyyət daşıması anlamında işlədilən atalar sözü)

"Правда, как оса, лезет в глаза." - Həqiqət, arı kimi, gözə giri. (Azərbaycanca analoqu: "Acı həqiqət göz deşir.")

"В одном кармане вошь на аркане, в другом блоха на цепи." - Bir cibdə kəmənddə bit, digərində zəncirdə birə var. (Kasıb, möhtac bir insan haqqında.)

"Муравей не велик, а горы копает." - Qarışqa böyük deyil, amma dağları qazır. (Atalar sözünün mənası budur ki, çalışqanlıq və əzmkarlıq əhəmiyyətli nəticələr əldə etməyə kömək edir.)

"Моль одежду ест, а печаль сердце." - Güvə paltar yeyir, kədər ürəyi.

"В поле и жук мясо." - Sahədə böcək də ətdir. (Azərbaycanca analoqu: "Yoxa lənət")

"Блоха блоху не ест." - Birə birə yemir. (Azərbaycanca analoqu: "İt itin ayağını taptalamaz")

"В закрытый рот и муха не залетит." - Bağlı ağıza milçək uçmaz. (Boşboğazlıq etməmək mənasında)

"Бабочки забывают, что и они когда-то были гусеницами." - Kəpənəklər unudurlar ki, onlar da bir vaxtlar tırtıl olublar.

Rusca həşərat adlarının yazılış və tələffüzü.

[ нас’ик`омый’э ] Həşəratlar
[ м`ол’ ] Güvə
[ мурав’`эй’ ] Qarışqa
[ пч’ила ] Arı
[ кам`ар ] Ağcaqanad
[ г`ус’ин’ица ] Tırtıl
[ стр’иказа ] Cırcırama
[ кузн’`эч’ик ] Çəyirtkə
[ саракан`ошка ] Qırxayaq
[ ж`ук ] Böcək
[ б`ожй’а кар`офка ] Parabüzən
[ блаха ] Bit
[ м`уха ] Milçək
[ ул’`итка ] İlbiz
[ тарак`ан ] Tarakan
[ па`ук ] Hörümçək
[ багам`ол ] Dəvədəlləyi
[ б`абач’ка ] Kəpənək

Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.